Bakıda yanan evdən bir nəfərin meyiti tapılıb

Bakının Sabunçu rayonunda yanan evdən bir nəfərin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a bildirilib ki, yanan 4 otaqlı evdən 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bitişik evlər yanğından mühafizə olunub. Yanğını yanğından mühafizə bölmələri söndürüblər.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37