Bakıda oğurluq edən şəxslər saxlanılıb

Bakıda oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan X.Kazımov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun rayon ərazisindəki bir köşkdən 3500 manat dəyərində tütün məmulatı, 6 evdən isə pul, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Digər əməliyyatı Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-də rayon ərazisindəki köşklərin birindən 3800 manat dəyərində tütün məmulatı, danışıq kartları, qulaqcıqlar və müşahidə kameraları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Məhərrəmova saxlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47