Bakıda oğurluq edən şəxsdən narkotik götürülüb

Bakıda oğurluq edən şəxsdə narkotik aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildiirlib ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini E.Mustafayevdən heroin aşkar edilərək götürülüb.

Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki 1 mağazadan 150 manat pul və 2000 manat dəyərində tütün məmulatı, 1 köşkdən 3000 manat dəyərində tütün məmulatı, 1 gözəllik salonundan isə 1100 manat dəyərində mobil telefon, səsgücləndirici və ətirlər oğurlaması da müəyyən edilib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47