Bakıda oğurluq edən Gürcüstan vətəndaşları tutulub

Bakı. 15 iyun. REPORT.AZ/ Bakıda oğurluq edən Gürcüstan vətəndaşları tutulub.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Emil Kazımovun, Eldar Məlikovun və Kazım Nəsirovun pulunu və sənədini oğurlayan Gürcüstan vətəndaşları Koba Şavlakadze və Nodari Gabunia tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ordubadda qaya uçqunu baş verib 31 mart, 2026 / 12:15
Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50