Bakıda ödəmə terminalından pul oğurlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki ödəmə terminallarının birindən 1590 manat oğurlamaqda şübhəli bilinən, qrupun digər üzvi Bakı şəhər sakini R.Şirinov müəyyən edilərək saxlanılıb.