Bakıda nəzarət-profilaktik tədbirlər həyata keçirilir

Polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxtda yaşayış yerini icazəsiz tərk edənlər və mövcud sanitar-gigiyenik qaydalara əməl etməyən şəxslərə qarşı nəzarət-profilaktik tədbirlər həyata keçirilir.

"Report"un xəbərinə görə, avtomobil yollarında və fəaliyyətinə icazə verilən ictimai iaşə obyektləri, ərzaq mağazalarında tətbiq olunan qaydalara, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, bütün zəruri tədbirlərin icrası davam etdirilir.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 07 aprel, 2026 / 06:31
Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05