Bakıda nənə və nəvəni avtomobil vurub

Bakı. 27 dekabr. REPORT.AZ/ Bakıda nənə və nəvəni avtomobil vurub.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda, Xutor adlanan ərazidə baş verib.

Belə ki, mebel daşıyan yük avtomobili 1937-ci il təvəllüdlü Binnətova Zəhra Əmir qızını və onun nəvəsini – 2004-cü il təvəllüdlü Qarayaeva Elvira Rövşən qızını vurub. Nəticədə onların hər ikisi xəsarət alıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib.

Z.Binnətovanın vəziyyətinin ağır olduğu bildirilir. 

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39