Bakıda narkotik alverçisi olan qadının məhkəməsi başlayıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satmaqda təqsirləndirilən Şəms Səmədovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 7-nə təyin edilib.

Qeyd edək ki, polis əməkdaşlarının araşdırmaları nəticəsində mayın 18-də bir neçə şəxs saxlanılıb. 

Digər xəbərlər