Bakıda naməlum şəxs 28 yaşlı gəncə 5 bıçaq zərbəsi vuraraq qaçıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Bakıda naməlum şəxs 28 yaşlı gəncə 5 bıçaq zərbəsi vuraraq qaçıb.

"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Xətai prospekti 83 ünvanında naməlum şəxs Ağdam rayon sakini 1988-ci il təvəllüdlü Həsənov Qafqaz Rafiq oğlunun kürək və qarın nahiyəsinə 5 bıçaq zərbəsi vurub və ərazidən qaçıb.

Q.Həsənov ağır xəsarət alaraq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14