Bakıda motosikletçini avtomobil vurub

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, rayonun Şağan qəsəbəsində 1998-ci il təvəllüdlü Səlimov Umud Elşad oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Motosikletin sürücüsü xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər