Bakıda motosikletlə avtomobil toqquşdu, xəsarət alan var - VİDEO

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Ziya Bünyadov prospektində motosiklet yolun kənarında hərəkətsiz vəziyyətdə dayanan, dövlət qeydiyyat nişan nömrəsi 90-RL-176 olan "Saipa" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində motosikletin sürücüsü xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

VİDEO: İlqar Abdullayev

Digər xəbərlər