Bakıda motosikletçi yol qəzasında xəsarət alıb

Bakının Nizami rayonunda 25 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, 1999-cu il təvəllüdlü Xudatov Əmrah Kamal oğlunun idarə etdiyi motosiklet yol kənarındakı maneəyə çırpılıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47