Bakıda motosiklet xəndəyə aşdı, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü İbrahimov Tural Hacı oğlu motosikletlə Bakı-Sumqayıt magistral yolunda hərəkətdə olarkən idarəetməni itirərək qəza törədib. Nəticədə motosiklet yolun təmir olunmuş hissəsində qazılmış xəndəyə aşıb. Qəza zamanı xəsarət almış T.İbrahimov təcili tibbi yardım briqadasının köməkliyi xəstəxanaya çatdırılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47