​Bakıda motosiklet sürücüsü piyadanı vuraraq hadisə yerindən uzaqlaşıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Bakı şəhər sakini motosikletlə vurulub. “Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) saytı məlumat yayıb.

Belə ki noyabrın 11-də saat 22 radələrində Binəqədi rayonunun S.S.Axundov küçəsində müəyyən edilməmiş motosikletlə Bakı şəhər sakini Əjdər Rəhimov vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54