Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Bülbül prospekti ilə Xaqani küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, orta yaşlı qadın (ad-soyadı dəqiqləşdirilir-red) yolu keçmək istəyərkən motosiklet onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib.