Bakıda motosiklet avtomobillə toqquşdu, xəsarət alan var

Bakıda növbəti yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü İsmayılov Elgiz Səbuhi oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Bədən xəsarətləri alan motosikletin sürücüsü xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

İlqar Abdullayev

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47