Bakıda motosiklеt sürücüsü qəza törədib: xəsarət alan var

Bakı. 8 may. REPORT.AZ/ Bakıda motosiklet sürücüsü qəza törədib.

"Report" xəbər verir ki, hadisə Səbail rayonu ərazisində, Bibiheybət məscidinin yaxınlığında qeydə alınıb.

Belə ki, "Zontes" markalı motosikletin sürücüsü, 1995-ci il təvəllüdlü Həsənov Ramazan Ağasəlim oğlu nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə o, səkiyə çırpılıb.

Ağır xəsarət almış sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47