Bakıda moped avtomobillə toqquşub, ölən var

Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi qəzası baş verib.

"Report" xəbər verir ki, Binəqədi rayonu Novxanı qəsəbəsi Heydər Əliyev küçəsində Kərimov Fərqan Taleh oğlu idarə etdiyi mopedlə ikinci dərəcəli yoldan əsas yola çıxan Həsənov Fəxri Bəxtiyar oğlunun idarə etdiyi “Chevrolet Malibu” markalı, 77-HC-529 dövlət-qeydiyyat nişanlı avtomobillə toqquşub.

Nəticədə mopedin sürücüsü F.Kərimov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19
Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26