Bakıda moped avtomobilə çırpılıb, ölən var

Bakıda Zığ şossesində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Bakı şəhər sakini - 2002-ci il təvəllüdlü Toğrul Firudin oğlu İbrahimlinin idarə etdiyi moped hava limanı istiqamətində hərəkətdə olarkən "FORD" markalı avtomobillə toqquşub.

Mopedin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı polisi araşdırma aparır.

Digər xəbərlər

Sumqayıtda yük avtomobili aşıb 24 dekabr, 2025 / 13:04
Xəzər dənizində zəlzələ olub 23 dekabr, 2025 / 08:59