Bakıda minik maşını yanıb

Bakı. 20 fevral. REPORT.AZ/ Paytaxtın Yasamal rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki,avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Qaradağda yük maşını aşıb 17 avqust, 2026 / 10:20