​Bakıda minik maşını qəza törədib, xəsarət alan var

Bakı. 25 may. REPORT.AZ/ Bu gün gecə saatlarında Bakının Binəqədi rayonunda "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq beton sədlərə çırpılıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə nəticəsində "Mercedes" markalı minik avtomobilində olan 1 nəfər sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər vətəndaşı avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48