Bakıda minik avtomobili qadını vurub

Bakı. 10 noyabr. REPORT.AZ/ Bakıda minik avtomobili qadını vurub.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Azadlıq prospekti ilə Ceyhun Hacıbəyov küçəsinin kəsişməsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Şabanova Ramilə Akif qızını "VAZ-2107" markalı minik avtomobili vurub. Yaralı sürücünün köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41