Bakıda minik avtomobili “KamAZ”la toqquşub

Bakıda ağır yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində “KamAZ” markalı yük avtomobili “Mercedes” markalı nəqliyyat vasitəsilə toqquşub.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və təxliyə maşını cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27