Bu gün Bakı metrosunda vəfat etmiş sərnişinin kimliyi məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, bu, 1965-ci il təvəllüdlü Xaqani Hüseynovdur.
İlkin ehtimala görə, o, ürəktutmadan dünyasını dəyişib.
09:48
Bu gün "Bakı Metropoliteni" QSC-nin "20 Yanvar" stansiyasında, təxminən, 60 yaşında kişi sərnişin vəfat edib.
Bu barədə "Report"a qurumun Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, vətəndaş halı pisləşdiyi üçün saat 7:45-də qatardan düşürülüb və ona dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib. Bütün səylərə baxmayaraq, sərnişin dünyasını dəyişib.