Bakıda metronun yaxınlığında gənc oğlan bıçaqlanıb

Bakı. 29 may. REPORT.AZ/ Nəsimi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında baş verib.

1996-cı il təvəllüdlü Cəbrayılov Nurlan Cəbrayıl oğlu tanıdığı şəxslə əlbəyaxa dava edib. Nəticədə o, bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37