Bakı. 28 may. REPORT.AZ/ Ötən gün axşam saatlarında Bakının Səbail rayonu ərazisində, Bakı-Salyan şosesinin 16-cı kilometrliyində “ABU Petrol” yanacaqdoldurma məntəqəsində yanğın olub.
"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə nəticəsində məntəqənin tavanında paylayıcı reduktor yanıb və yüksək tempetaturdan lambirdən ibarət tavan 2 kv.m sahədə əriyib.
Yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub. Yanğın saat 21:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.