Bakıda məşhur oteldə meyit tapılıb

Bakı. 11 avqust. REPORT.AZ/ Bakıda məşhur oteldə meyit tapılıb.

“Report”un məlumatına görə, Səbail rayonu Azadlıq meydanı 674 ünvanında yerləşən “Absheron JW Mariott” oteldə Səudyyə Ərəbistanı Krallığının vətəndaşı 1963-cü il təvəllüdlü Əl Muhənna Muhamməd Əlinin meyiti aşkar edilib.

Nömrənin hamam otağında aşkarlanmış meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48