Bakıda "Mercedes Vito" "Lada-2112"yə çırpılıb, xəsarət alan var

Qaradağ rayonunda iki avtomobil toqquşub.

"Report" xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, "Mercedes Vito" markalı avtomobil "Lada-2112" markalı avtomobilə çırpılıb. Hadisə zamanı "Lada"nın Elnur adlı sürücüsü (soyadı dəqiqləşdirilir - red) başından xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Müayinə zamanı onun sağ gicgah nahiyəsinin kəsilmiş yarası aşkarlanıb.

Ramin Şahbazov

Digər xəbərlər

Lənkəran rayonunda zəlzələ olub 29 sentyabr, 2026 / 16:01
Cəlilabadda ev yanıb 29 sentyabr, 2026 / 09:36
Lerik rayonunda zəlzələ olub 27 sentyabr, 2026 / 11:31