Bakıda "Mercedes" avtomobili yanıb

Bakı. 14 avqust. REPORT.AZ/ Bakıda yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Yasamal rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yanğından yaxınlıqda dayanmış avtomobillər mühafizə olunub.

Yanğın saat 16:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48