Bakıda mənzillərdən oğurluq edən şəxs saxlanıldı

Oğurluq etdiyinə görə tutulan şəxsin başqa cinayətləri müəyyən edilib.

Daxili İşlər Nazilriyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının oğurluq etdiyinə görə tutulmuş S.Həsənovun ətrafında apardıqları əməliyyat tədbirləri keçiriblər.

Onun rayon ərazisindəki 3 mənzildən ümumilikdə 2 010 manat pul, 5 350 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47