Bakıda mənzildən pul və qızıl-zinət əşyaları oğurlanıb

Bakı. 8 Aprel. REPORT.AZ/ Bakıda qadının evindən pul və qızıl-zinət əşyaları oğurlanıb. 

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda baş verib. 

Belə ki, Naximov küçəsindəki evlərdən birində yaşayan 1977-ci il təvəllüdlü S.Əsgərovanın evindən pəncərəni açmaqla 2 000 ABŞ dollar və 8 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47