Bakıda mənzildən pul oğurlayan şəxs saxlanılıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bakıda mənzildən pul oğurlayan şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən oktyabrın 23-də Türkan qəsəbəsindəki evlərin birindən 1100 manat oğurlamaqda şübhəli bilinən ev sahibəsinin qohumu Tural Nuriyev saxlanılıb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39