Bakıda mənzildən meyit tapıldı

Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Qeyd olunub ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-cı il təvəllüdlü Ağayev Ağakişi Musa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Digər xəbərlər

Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50