Bakıda mənzildən 80 min manatlıq qızıl oğurlanıb

Bakı. 13 iyun. REPORT.AZ/ Bakının Yasamal rayonunda mənzildən külli məbləğdə pul və qızıl-zinət əşyaları oğurlanıb.

“Report”un xəbərinə görə, hadisə Q.Xəlilov küçəsi ev 8-də qeydə alınıb.

Orada yaşayan 1952-ci il təvəllüdlü Yeganə Vəliyevanın mənzilindən açarseçmə yolu ilə 80 min manat dəyərində qızıl-zinət əşyaları və 7 min manat pul oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48