Bakıda mənzildən 7000 manat və 6000 ABŞ dolları oğurlanıb

Bakı. 2 avqust. REPORT.AZ/ Bakıda mənzildən 7000 manat və 6000 ABŞ dolları oğurlanıb. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 7000 manat və 6000 ABŞ dolları, habelə qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavad Qurbanov saxlanılıb.

Digər xəbərlər