Bakıda mənzildən 70 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Bakıda mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər Ələkbər Qasımov küçəsi ev 26-da yaşayan 1948-ci il təvəllüdlü Əli Əliyevə məxsus mənzilin pəncərəsinin dəmir barmaqlıqlarını qıraraq içəri daxil olublar. Oğrular mənzildən 70 min manat pul və 1 000 manat dəyərində qızıl-zinət əşyaları aparıblar.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39