Bakıda mənzildən 53 yaşlı kişinin meyiti aşkarlanıb

Bakıda mənzildən 53 yaşlı kişinin meyiti aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1966-cı il təvəllüdlü Əfəndiyev Yaşar İbrahim oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. 

Əməliyyat başa çatıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47