​Bakıda mənzildən 50 min manatlıq qızıl oğurlanıb

Bakı. 12 fevral. REPORT.AZ/ Bakıda mənzillərdən birindən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.

“Report”un xəbərinə görə, hadisə Xətai rayonu, G.Mehmandarov küçəsi, ev 84, mənzil 49-da baş verib.

Belə ki, həmin mənzildə yaşayan Daşqın Hümbət oğlu İsmayılovun evindən 50 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin (RPİ) 35-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48
Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05