Bakıda mənzildən 5 min dollar oğurlanıb

Bakı. 7 fevral. REPORT.AZ/ Bakı şəhəri, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində oğurluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, Hacınski küçəsi ev 74 ünvanında yaşayan 1951-ci il təvəllüdlü Ramiz Eminovun evindən pəncərədən keçməklə 5 min ABŞ dolları oğurlanıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33