Bakıda mənzildən 37000 manat pul və 6000 manat dəyərində qızıl əşyalar oğurlanıb

Bakı. 11 iyul. REPORT.AZ/ Bakıda mənzildən 37000 manat pul və 6000 manat dəyərində qızıl əşyalar oğurlanıb. 

"Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb. 

Hadisə Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb.  

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 31-də Balaxanı qəsəbəsindəki evlərdən birindən 37000 manat pul və 6000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Aleksandr Miroşkin tutulub.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39