Bakıda mənzildən 150 min dollar oğurlanıb

Bakı. 5 avqust. REPORT.AZ/ Bakıda mənzildən külli miqdarda pul oğurlanıb.

"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il fevralın 12-də Rusiya Federasiyası vətəndaşı Bəhman Səmədovun evindən 150.000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini Aqil Vəkilov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağdamda traktor minaya düşüb 05 sentyabr, 2026 / 23:54
Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37