Bakıda mənzildən 107 min dollar oğurlanıb

 Bakı. 18 noyabr. REPORT.AZ/ Bakıda mənzildən külli məbləğdə pul oğurlanıb.

"Report"un xəbərinə görə, hadisə Bakının Xətai rayonu İsmayıl Məmmədov küçəsində yerləşən yeni tikilidə qeydə alınıb.

Belə ki, 1974-cü il təvvəllüdlü Həbib Babayev hüquq-mühafizə orqanlarına müraciət edərək evdə olmadığı müddətdə 107 min ABŞ dolları pulunun oğurlandığını bildirib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45