Bakıda mənzildə yanğın olub, ölən var

Bakı. 8 noyabr. REPORT.AZ/ Bakıda ölümlə nəticələnən yanğın hadisəsi olub.

"Report" FHN-ə istinadən xəbər verir ki, Binəqədi rayonunda ümumi sahəsi 64 m2 olan ikimərtəbəli 4 otaqlı evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları və ev əşyaları 9 m2 sahədə yanıb, digər otağın əşyaları qismən qarslanıb.

Yanğının kəşfiyyatı zamanı 1958-ci il təvəllüdlü İslamov Əli Ağasəlim oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37