Bakı. 8 iyul. REPORT.AZ/ Bakıda mənzildə termometrin sınması nəticəsində ətrafa civə yayılıb.
"Report"un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, maye halında olan kimyəvi element nazirliyin mütəxəssisləri tərəfindən yığılıb.
Daha sonra çirklənmiş ərazi demerkurizasiya edilib.