Bakı. 30 May. REPORT.AZ/ Bakıda mənzildə meyit aşkarlanıb.
"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, paytaxtın Nərimanov rayonunda mənzildə Rəhmanov İqor Vladimiroviç bağlı qapı arxasında qalıb.
Hadisə yerinə cəlb edilən xilasedicilər mənzilin giriş qapısını açaraq adı çəkilən şəxsin cəsədini aşkar ediblər. Təvəllüdü məlum olmayan İ.Rəhmanovun cəsədi aidiyyəti üzrə təhvil verilib.