Bakıda kişi meyiti aşkarlanıb

Bakıda mənzildə kişi meyiti tapılıb.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Belə ki, Sabunçu rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü İsmayılov İsrail İsmayıl oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Digər xəbərlər