Bakıda mənzildə bir neçə gün qalmış meyit tapılıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Bakıda mənzildə 93 yaşlı qadının bir neçə gün qalmış meyiti aşkarlanıb.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.

Belə ki, qəsəbədə 1924-cü il təvəllüdlü Zakarova Nina Vasilyevnanın cəsədi onun yaşadığı mənzildə aşkarlanıb. Meyit aidiyyatı üzrə Məhkəmə Tibbi Ekspertiziqa və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Fakt araşdırılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12