Bakı. 11 mart. REPORT.AZ/ Bakıda mənzildə kişi meyiti aşkarlanıb.
"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1938-ci il təvəllüdlü Hüseynov Əhməd Alı oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.