Bakıda məişət cihazlarının təmiri sexində yanğın olub

Bakıda məişət cihazlarının təmiri sexində yanğın olub.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nərimanov rayonunda ümumi sahəsi 40 m² olan birmərtəbəli obyektin zirzəmisində fəaliyyət göstərən məişət cihazlarının təmiri sexinin tavanı 20 m² sahədə və qismən içərisindəki əşyalar yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər