Bakı. 8 mart. REPORT.AZ/ Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub, 4 nəfər təxliyyə edilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, hadisə Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının birinci mərtəbəsində baş verib. Belə ki, ümumi sahəsi 15 m² olan 1 otaqlı mənzildə yataq dəsti və pəncərə çərçivəsi yanıb.
Yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.